Bu gün AVRO-2024-ün pley-off mərhələsində növbəti oyunlar keçirilib.
Publika.az xəbər verir ki, ilk oyunda Gürcüstan seçməsi ilə Lüksemburq millisi qarşılaşıb.
Gürcü futbolçular doğma meydanda Lüksemburqa 2:0 hesabı ilə qalib gəliblər. Hər iki qolu Budu Zivzivadze vurub.
Pley-off mərhələsinin digər oyunlarının nəticələri
A Liqası
Polşa - Estoniya (5:1),
Uels - Finlandiya (4:1).
B Liqası
Ukrayna - Bosniya və Herseqovina (2:1),
İslandiya – İsrail (4:1).
C Liqası
Yunanıstan - Qazaxıstan (5:0)
Nəticələrə əsasən pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan komandaları üz-üzə gələcəklər. Oyunlar martın 26-da keçiriləcək.