16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Azərbaycanda təhsil xərcləri ARTIRILIR

16 apr 2025 00:01
GÜNDƏM
ads

Gələn il üçün proqnozlaşdırılan təhsil xərcləri məlum olub.

 

Qutb.az xəbər verir ki, bu, 2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə xərclərin funksional təsnifat səviyyəsində göstəricilərində əksini tapıb.

 

Gələn il bu sahəyə 5 milyard 063 milyon 152.6 min manat ayrılması proqnozlaşdırılır. Bu, 2025-ci ildə bu sahəyə ayrılması nəzərdə tutulan xərclərdən 126 milyon manata yaxın, yaxud 2,5 faiz çoxdur. 2025-ci ildə təhsil sahəsinə 4 milyard 937 milyon 283,2 min manat ayrılması nəzərdə tutulub.

 

Təhsil xərcləri 2027-ci ildə 5 milyard 139 milyon 003.6 min manat, 2028-ci 5 milyard 220 milyon 534.5 min manat, 2029-cu ildə 5 milyard 302 milyon 474.5 min manat olacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur