Süni intelekt fenomeni nə dərəcədə tətbiq edilir?
Vilayət Eyvazov Xankəndidə səs verdi
Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla mübahisəsinə aydınlıq gətirib.
Qutb.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, bu görüntülərdə əslində mübahisə baş verməyib.
Məlumata görə, görüntülər Makronun Cənub-Şərqi Asiyaya səfəri zamanı çəkilib.
"Bu, rəsmi səfər başlamazdan əvvəl prezidentlə həyat yoldaşının sadəcə olaraq gülüşlə gərginliyi azaltdığı bir an idi. Bu, yaxınlıq anı idi", - açıqlamada qeyd olunur.
***
12:30
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Vyetnama səfəri zamanı qəribə hadisə yaşanıb.
Qutb.az Fransa mediasına istinadən xəbər verir ki, Hanoi Hava Limanına çatdıqda Makronun təyyarədən enməsi üçün hazırlıqlara başlanılıb.
Bu zaman təyyarənin qapısı açıldıqda həyat yoldaşının Makronun üzünə iki əli ilə vurduğu görünüb. Hadisənin görüntüləri isə “Associated Press” agentliyinin kamerasına tuş gəlib.
Videodan E.Makronun çaşqınlıq içərisində qaldığını, daha sonra isə özünü ələ alaraq ətrafdakıları salamladığını görmək mümkündür.
Bununla yanaşı, cütlük təyyarədən endikdə Makron qolunu həyat yoldaşına doğru uzatsa da, o buna məhəl qoymayıb.
Cütlüyün sözügedən görüntüləri isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Həmin görüntüləri təqdim edirik