17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

“Bavariya” zəif rəqib üzərində çətin qələbə qazandı

02 fev 2025 02:00
İDMAN
ads
Advertisement

“Bavariya” Bundesliqanın 20-ci turunda 17-ci sırada qərarlaşan “Holştayn Kiel”i qəbul edib.

QÜTB.AZ xəbər verir ki, görüşdə münxenlilər zəif rəqib qarşısında çətin qələbə qazanıblar – 4:3. Camal Musialanın 19-cu dəqiqədə hesabı açdığı qarşılaşmada Harri Keyn dubl edib. İngilis futbolçu ilk hissənin sonuncu (45+2) və ikinci hissənin ilk dəqiqələrində (46) rəqib qapısına yol tapıb. “Bavariya”nın dördüncü qolunu 54-cü dəqiqədə Sergi Qnabri vurub. Matçın 62-ci dəqiqəsində Finn-Dominik Poratın sayəsində bu qollardan birini əvəzini çıxan qonaqların heyətində Steven Skribski görüşün əsas vaxtına əlavə olunmuş hissədə daha iki qol vuraraq (90+1 və 90+3) hesab arasındakı fərqi minimuma endirib.

Beləliklə, görüşdə 4:3 hesabı ilə qalib gələn “Bavariya” ardıcıl altıncı qələbəsini qazanaraq xallarının sayını 51-ə çatdırıb. “Holştayn Kiel” isə 12 xalla 17-ci sırada qərarlaşıb.

Turun gün ərzində oynanılan digər görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:

“Ştutqart” - “Borussiya Münxenqladbax” – 1:2;

“Haydenhaym” – “Borussiya Dortmund” – 1:2;

“Boxum” – “Frayburq” – 0:1;

“St Pauli” – “Auqsburq” – 1:1;

“Union Berlin” – “Leyptsiq” – 0:0.

Xatırladaq ki, turun açılış matçında “Verder Bremen” doğma meydanda “Maynts” üzərində minimal hesablı qələbə qazanıb – 0:1.

Tura bazar günü oynanılacaq “Ayntraxt Frankfurt” – “Volfsburq” və “Bayer Leverkuzen” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur