Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Minskdə görüntülənib.
Qeyd olunur ki, ÖHŞ rəhbəri Belarus paytaxtının yaxınlığında yerləşən üçulduzlu “Green City” hotelində diqqət çəkib. Eyni zamanda hotel personalı özü də qonaqlar haqqında məlumatın məxfiliyini əsas gətirərək Priqojinin orada qaldığını təsdiq edə bilməyib.
Hoteldən, həmçinin qeyd olunub ki, onların dəbdəbəli otaqları yoxdur və ən bahalı nömrə 180 Belarus rublu (təxminən 121 Azərbaycan manatı) olan “yaxşılaşdırılmış” kateqoriyalı otaqdır.
Bundan əvvəl məlum olub ki, “Vaqner” işə qəbul mərkəzlərinin fəaliyyətini bərpa edib. Xüsusilə Novosibirsk və Tümen vilayətlərində, eləcə də Krasnodar diyarında məntəqələrin fəaliyyətini davam etdirdiyi vurğulanır.
Mənbə: “Brief” Telegram kanalı