05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

25 yaşlı ata bu görüntülərə görə həbs ediləcək

29 yan 2025 13:00
DÜNYA
ads
Advertisement

3 aylıq körpəsini qar təmizləmək üçün istifadə edən ata ilə bağlı araşdırma aparılır.

QÜTB.AZ Milli.az-a istinadla xəbər verir ki, ABŞ-nin Texas ştatında 25 yaşlı kişi 3 aylıq körpəsi ilə "Hyundai Elantra"nın şüşələrindəki qarı təmizləyib.

Videonun sosial şəbəkələrdə yayılmasından və müzakirəyə çıxmasından sonra polis araşdırmalara başlayıb.

Port Artur Polis idarəsinin rəsmi nümayəndəsi Tim Duriso hadisənin çovğun zamanı O.W. Collins Yaşlılar Binası yaxınlığında baş verdiyini bildirib.

Videoda şübhəli şəxsinin körpənin atası olduğu da qeyd edilib.

Duriso, kişinin video çəkmə vaxtı yanında iki qadının olduğunu və onların birinin körpənin anası ola biləcəyini bildirib. Lakin körpə heç bir zərər görməyib və valideynin himayəsində qalır. Polis departamenti hazırda kişinin cinayət tarixini araşdırır və yaxın həftələrdə Jefferson County İcra Hakimiyyəti vasitəsilə həbs əmri veriləcəyi gözlənilir.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur