Rusiyanın Londondakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Andrey Kelin Rusiyanın Böyük Britaniyada təşkil etdiyi zərərli fəaliyyət iddiaları ilə bağlı çağırılıb.
Qeyd edək ki, bu gün London polisi Rusiya ilə bağlı milli təhlükəsizliyə təhdidlə əlaqədar cinayət işində iştirak edən beş nəfəri ittiham edib.