Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
“Qriqoryanla hakim “Mülki Müqavilə” partiyasının deputatları arasında münasibətlər gərginləşib. Çünki Qriqoryan nə vaxtsa siyasi komandadan ayrılmaq niyyətindədir. Hamı gördü ki, Qriqoryan Qərbdə seçilir və hətta Paşinyanın varisi sayılır. Və əgər Paşinyan Qərbin tələblərini yerinə yetirməsə və Rusiyaya qarşı dəqiq siyasət aparmasa, o zaman onun yerinə proqramlarını məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın gəlməsi mümkündür.
Partiyadaxili müzakirələr zamanı qeyd olunur ki, Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdisə, indi Armen Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb”, - nəşr qeyd edir.
Tural