16.09.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Ali Məhkəmənin hakimi təqaüdə yola salındı

16 sen 2025 18:00
GÜNDƏM
ads

Ali Məhkəmənin hakimi Tahir Kazımov təqaüdə yola salınıb.

Bu barədə Qutb.az-a Ali Məhkəmədən məlumat verilib.

Bu gün Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Tahir Kazımovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

Bildirilib ki, tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Tahir Kazımovun uzun illər hüquq-mühafizə orqanlarında çalışdığını, 2017-ci ildən isə Ali Məhkəmədə hakimlik fəaliyyətinə başladığını diqqətə çatdırıb. Onun peşəkar və təcrübəli hakim kimi məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, qanunun aliliyinin təmin olunmasına mühüm töhfə verdiyi vurğulanıb.

Hakimin bundan sonra da öz zəngin təcrübəsini hüquq ictimaiyyəti ilə bölüşəcəyinə əminlik ifadə olunub.

Tahir Kazımov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

Sonda Tahir Kazımov "Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı" ilə təltif olunub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur