“Transfermarkt” dünyanın bir nömrəli futbol akademiyalarından olan “La Masia” ilə bağlı maraqlı statistikayayımlayıb.
QÜTB.AZ xəbər verir ki, portal “Barselona”ya məxsus akademiyanın ən bahalı futbolçularından ibarət heyət hazırlayıb.
Komandanın ümumi dəyəri 550 milyon avrodur. Heyətdə 37 yaşında olsa da 30 milyon avro dəyəri olan Lionel Messi də yer alıb.
Qeyd edək ki, “La Masia” müxtəlif qitələrin ən yaxşı futbolçularını, dünya çempionlarını, Çempionlar Liqasının qaliblərini və “Ballon d’Or” mükafatçıların yetişdirib.