İraqın müdafiə naziri Sabit Abbasi Amerika əsgərlərinin İraqdan çıxarılması üçün Vaşinqtonla razılaşdıqlarını bildirib.
QÜTB.AZ xəbər verir ki, nazir "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində ABŞ qoşunlarının İraqdan çıxarılması məsələsinə toxunub.
Abbasi ABŞ əsgərlərinin 2 il ərzində İraqdan çəkiləcəyini diqqətə çatdırıb:
"ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasını iki mərhələdə bitirmək üçün razılaşma əldə edilib. İlk geri çəkilmə mərhələsi bu il başlayacaq və 2025-ci ilə qədər davam edəcək. İkinci geri çəkilmə mərhələsi 2026-cı ildə başa çatacaq”.
Abbasi həmçinin qeyd edib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin iki illik müddətin geri çəkilmək üçün kifayət etmədiyinə bildirib. Daha bir il əlavə edilməsini istəyib. Lakin Bağdad bu müddəti 2 ildən çox uzatmaqdan imtina edib.
İraqın müdafiə naziri əlavə edib ki, Vaşinqtonla geri çəkilmə sazişi yaxın günlərdə imzalanacaq.
Aysel Şahmar