“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “şəhərlilər”in formasında daha bir uğura imza atıb.
Publika.az xəbər verir ki, o, “Mançester Yunayted”in keçmiş oyunçusu Corc Bestin 1970-ci ildə İngiltərə Kubokunda vurduğu 5 qol rekordunu təkrarlayıb. Bu, İngiltərə Kubokunun 1/8 finalı çərçivəsində "Luton Taun"la matçda (6:2) reallaşıb.
Norveçli futbolçu 58 dəqiqə ərzində penta-trik edib.
Heybət