İsrailin Livanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün "Hizbullah" hərəkatına qarşı hərbi əməliyyat keçirməkdən başqa çarəsi yoxdur.
QÜTB.AZ xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
O, ölkəyə səfərə gələn ABŞ prezidentinin enerji və investisiyalar üzrə köməkçisinin müavini və baş müşaviri Amos Hokstin ilə görüşdə bu barədə danışıb.
Nazir vurğulayıb ki, İsrailin şimalında yaşayan sakinlərin evlərinə qayıtmasının yeganə yolu hərbi əməliyyatdır.