Fransanın dənizaşırı departamenti Mayotda (Mayotte) dağıdıcı "Çido" qasırğası çoxlu sayda insanın ölümünə səbəb olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.
Məlumata görə, fəlakət nəticəsində ən azı bir neçə yüz insan həlak olub, onların sayı minə, hətta bir neçə minə çata bilər.
Daha əvvəl qasırğanın 14 nəfərin həyatına son qoyduğu bildirilirdi.