Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gəlib.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi korrupsiyanın araşdırılması departamentindəki yüksək vəzifəli məmurlara istinadla məlumat yayıb.
"Biz prezident Yunun həbsinə dair orderi icra etməyə başladıq", - mənbə bildirib.
Hazırda iqamətgahdan kənarda prezidentin tərəfdarları toplaşıb.
Dekabrın 31-də Cənubi Koreyada məhkəmənin fəaliyyəti dayandırılmış prezident Yun Sok Yolun həbsinə order verdiyi bildirilib.
Yun Sok Yol hərbi vəziyyətlə bağlı üç dəfə dindirilməyə gəlmədiyi üçün müstəntiqlər order üçün müraciət ediblər. Bu, Cənubi Koreya tarixində ilkdir.
Dekabrın 27-də Cənubi Koreya parlamentinin üzvləri ona impiçment elan ediblər.
Hüseyn İbadlı