"İran ABŞ-ın keçmiş prezidenti Donald Trampı general Qasım Süleymaninin qətlindəki roluna görə məsuliyyətə cəlb etməkdə qərarlıdır, lakin Tehranın Trampa sui-qəsd cəhdində əli olduğuna dair istənilən ittihamı rədd edir".
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib.
“İran bu cür bəyanatları qərəzli siyasi məqsəd və motivlər hesab edir", - o qeyd edib.
İyulun 16-da CNN bildirib ki, Amerika kəşfiyyatı İranın Trampı məhv etməyi planlaşdırdığına inanır, lakin bu planlar Pensilvaniyada seçicilərlə görüşdə baş verən siyasətçiyə qarşı sui-qəsd cəhdi ilə bağlı deyil.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəliyi Donald Trampa qarşı sui-qəsd hazırlamaq ittihamını rədd edib .
İyulun 13-də Tramp Pensilvaniyada seçkiqabağı mitinq zamanı həyatına qəsddən sağ çıxıb. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən götürülüb və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.
Hüseyn İbadlı