İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın "Hizbullah" hərəkatına məxsus tibb mərkəzinin yerləşdiyi Beyrutun cənub kənarındakı Bir Abed bölgəsindəki binaya zərbələr endirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə TASS mülki müdafiə xidmətindəki mənbəyə istinadla məlumat yayıb.
“Hücum İsrail komandanlığının cənub məhəllələrinin sakinlərinə göndərdiyi xəbərdarlığından beş dəqiqə sonra başlayıb”, - məlumatda deyilir.
Mənbə bildirib ki, raket "Hizbullaha" məxsus İslam tibb mərkəzinin yerləşdiyi Dar əl-Hura binasına düşüb.
O, həmçinin bildirib ki, hava hücumlarına məruz qalan Haret Horeik məhəlləsində əvvəllər bir neçə partlayış səsi eşidilib.
Hüseyn İbadlı