ABŞ-dan olan qadın özünü televiziya ulduzu kimi təqdim edən fırıldaqçının məsləhəti ilə ərini zəhərləməyə cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Massaçusets ştatının Taunsend şəhərindən olan Roksan Doucette 73 yaşlı əri Paulu zəhərləməyə cəhd etdikdən sonra həbs olunmasına mane olmaq istəyib. O, polisə müqavimət göstərib. Amma bütün müqavimət üsullarına baxmayaraq, polis onu həbs edə bilib.
Bildirilir ki, Paulun zəhərlənməyindən ilk şübhələnən onun qızı olub. O, xəstəxanaya yerləşdirilən atasını ziyarət edərkən anasının smartfonunda qəribə mesajlar görüb. Bu, özünü "Cəsur və Gözəl" serialının ulduzu adlandıran bir adamla yazışma idi. Mesajlarda külli miqdarda borc almaq və ərini tərk etmək üçün zənglər olub.
Mesajları tapan qızı polisə müraciət etdikdən sonra, onlar dəlil toplamaq üçün telefonu qadından almağa çalışıblar. Lakin şübhəli şəxs onlarla dava etməyə başlayıb.
İstintaq başlasa da, qadın ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
“Mən onu zəhərləməmişəm. 45 ildir evliyik. Mən ərimi sevirəm”, - deyə o bildirib.
Qadın əri ilə birlikdə şorba hazırladığını, sadəcə olaraq ərzaqların köhnə olması səbəbindən onun zəhərləndiyini bildirib.
“Mən evliliyimi geri istəyirəm. Mən ərimi geri istəyirəm”, - qadın göz yaşları içində jurnalistlərə deyib.
Cəmilə