29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yuxusuzluq sağlamlığa alkoqoldan daha çox zərər verir! - SOS

21 apr 2024 12:00
GÜNDƏM
ads

Yağlı yeməklər, şəkərli içkilər və yuxusuzluğun sağlamlığa alkoqoldan daha çox mənfi təsiri var.

Publika.az xəbər verir ki, bu nəticəyə Cənubi Kaliforniya Universitetinin həyat tərzi və qidalanma ilə bağlı araşdırma aparan alimləri gəliblər.

Mütəxəssislər gəmiricilərlə təcrübə apararaq öz nəzəriyyələrini təsdiqləyiblər. Məlum olub ki, siçanların nəinki çəkisi artıb, həm də məlumatları zəif yadda saxlamağa başlayıblar. Yuxusuzluq da eyni dərəcədə acınacaqlı təsir göstərir. Amerikalı alimlərin fikrincə, insanlar az yatırsa, bu, yorğunluğa, yaddaşın və idrak qabiliyyətinin pisləşməsinə səbəb olacaq.

Bundan əlavə, çörək, konfet və digər şirniyyatlara aludəçilik də zehni qabiliyyətləri korlayır.

Mütəxəssislər xatırladıblar ki, pis qidalanma vərdişləri, tərkibində çoxlu trans yağlar və oxşar maddələr olan qidalar piylənməyə səbəb olur.

Aytən Məftun


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur