Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan "Braqa" iştirak ərizəsini UEFA-ya təqdim edib.
Qütb.az xəbər verir ki, siyahıda 36 futbolçunun adı yer alıb. Onlarından 11 nəfəri B siyahısındadır.
Qeyd edək ki, “Qarabağ” ilə “Braqa” arasında ilk oyun fevralın 15-də Portuqaliyada, cavab görüşü isə 22-də Bakıda keçiriləcək.
Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa
Müdafiəçilər: 2. Viktor Qomes, 4. Sikou Niakate, 5. Sərdar Saatçı, 6. Joze Fonte, 15. Paulo Oliveyra, 17. Yosafat Mendes, 19. Adrian Marin, 26. Kristian Borxa, 58. Migel Vilela
Yarımmüdafiəçilər: 8. Əl Musrati, 10. Çer Ndur, 16. Rodriqo Salasar, 18. Vitor Karvalyo, 22. Pitsi, 28. Joau Moutinyo 66. Vasko Moreyra
Hücumçular: 7. Bruma, 9. Abel Ruiz, 14. Alvaro Calo, 20. Roni Lopes, 21. Rikardo Horta, 23. Simon Banza, 99. Kauan Kelvin
B siyahısı: 31. Bernardo Fontes, 91. Lukas Qorniçek, 55. Çissumba, 62.Nuno Matoş, 76. Tomaş Markes, 50. Dieqo Rodriges, 80. Joau Qonçalves, 90. Cibril Sumare, 11. Roje Fernandes, 97. Joze Rodriges, 59. Yan Said.