Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin qızı Məryəm Nəvaz Pəncab əyalətinin baş naziri seçilib.
Publika.az xəbər verir ki, Pəncab Assambleyasının üzvləri ştatın baş nazirini müəyyən etmək üçün keçirilən seçkidə səs veriblər.
Pakistan Müsəlman Liqası-Nəvazın (PML-N) sədr müavini və keçmiş baş nazir Şərifin qızı Məryəm Nəvaz 371 yerlik Pəncab Assambleyasında 220 üzvün səsini toplayıb.
Pakistan tarixində ilk dəfədir ki, bir qadın əyalətin baş naziri seçilir.
Roza