10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İran Rusiya ilə 26 milyardlıq saziş imzaladı

26 sen 2025 23:00
DÜNYA
ads

İranın “Hörmüz” şirkəti Sirikdə (Hörmüzqan vilayəti) dörd ədəd təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.

 

Qutb.az İranın “IRNA” xəbər agentliyinə istinadla bildirir ki, imzalanma mərasimi sentyabrın 26-da Moskvada “Beynəlxalq Atom Enerjisi Həftəsi” çərçivəsində baş tutub.

 

Bildirilib ki, müqavilə İran İslam Respublikası və Rusiya Federasiyası arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.

 

Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata keçiriləcək.

 

Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb, hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq işləri davam etdirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur