Rusiyalı məşhur stilist Aleksandr Roqov yayın trend çantaları haqqında məlumat verib.
QÜTB.AZ xəbər verir ki, stilistin sözlərinə görə, bu yay toxunma setka çantalar aktual olacaq.
O deyib ki, bu tip çantlar həm gündəlik, həm də çimərliyə gedərkən rahat istifadə edilə bilər: “Toxunma çantalar yay üçün mükəmməl və ucuz çantadır”.
Roqov sözlərini çəhrayı, mavi, yaşıl və krem tonlarda sözügedən çantalardan istifadə edən modellərin fotoları ilə təsvir edib. Eyni zamanda qeyd edib ki, bu tip çantalar şort, cins şalvar, ətək və köynəklərlə də dəbli kombin oluna bilər.
Publika///