Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin üzvü Saleh əl-Aruri Beyrut ətrafında baş verən partlayışda həlak olub.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun radiosu məlumat yayıb.
Saleh əl-Aruri Livanın paytaxtının ətrafındakı Dahiya şəhərinin İsrail pilotsuz təyyarəsinin hücumu nəticəsində həlak olub.
HƏMAS-ın daha iki yüksək rütbəli liderinin də öldüyü bildirilir. Partlayış zamanı ölənlərin hamısının binada olduğu qeyd edilir. Ölən və yaralananların dəqiq sayı hələ ki, müəyyənləşdirilir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını daha bir neçə ay davam etdirəcəyini bildirmişdi .
Hüseyn İbadlı