Bu ilin dövlət büdcəsində Bakı şəhəri üzrə gəlirlər 14 mlrd. 103 mln. manat nəzərdə tutulub.
QÜTB.AZ xəbər verir ki, ölkənin ikinci böyük şəhəri olan Gəncə üzrə bu rəqəm 108 milyon 103 min manatdır.
Azərbaycanın işğaldan azad edilən əraziləri də bu ilin dövlət büdcəsinin gəlirlərində rol oynayacaq. Xankəndi üzrə 500 000, Ağdərə üzrə 300 000, Cəbrayıl üzrə 2 881 000, Füzuli üzrə 15 246 000, Xocavənd üzrə 1 285 000, Kəlbəcər üzrə 3 766 000, Qubadlı üzrə 7 105 000, Laçın üzrə 6 700 000 manat nəzərdə tutulub.
Şuşadan büdcəyə gözlənilən gəliri 4 121 000, Zəngilandan isə 3 056 000 manatdır.
Qeyd edək ki, respublikanın şəhər və rayonlar üzrə gəlirləri 15 500 000 000,0 manat proqnozlaşdırılıb.