25.02.25 | Bakı -2.97° C |
10:06:25
Lent :

İlon Maskı Kanada vətəndaşlığından çıxarmaq istəyirlər

25 fev 2025 04:00
DÜNYA
ads

Kanada parlamentinin İcmalar Palatasının (aşağı palata) saytında “ölkənin maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğu” üçün amerikalı sahibkar İlon Maskın Kanada vətəndaşlığından məhrum edilməsi tələbi ilə petisiya dərc olunub.

 

Qutb.az xəbər verir ki, indiyədək 160 minə yaxın insan petisiyanı imzalayıb. İmzaların toplanması prosesi iyunun 20-dək davam edəcək.

 

Petisiyaya İlon Maskın Kanadada seçkilərə təsir etmək üçün sərvətindən və gücündən istifadə etməsi, həmçinin ölkə suverenliyinə təhdid yaradan xarici hökumətlə əlaqəsi səbəb olub.

 

Qeyd edək ki, İlon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub. O, 17 yaşında məktəbi bitirdikdən sonra Kanadaya, oradan isə ABŞ-a köçüb. Amerikalı biznesmen hazırda ABŞ Prezidenti Donald Tramp administrasiyasında Hökumətin effektivliyi departamentinə rəhbərlik edir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
146 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
-2.97° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur