30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

"Beril" qasırğası tüğyan edəcək - Sakinlər təxliyyə edilir

04 iyl 2024 05:00
GÜNDƏM
ads
Advertisement

Yamaykada "Beril" qasırğasının tezliklə tüğyan edəcəyi ərazilərdə yaşayan sakinlərin təxliyəsi elan edilib.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Endryu Holness “X” sosial şəbəkəsində bildirib.

"Bütün yamaykalıları evakuasiya bildirişlərinə əməl etməyə çağırırıq", - o deyib.

Qeyd edək ki, həftənin əvvəlindən bu yana Karib dənizində irəliləyən qasırğa Qrenada və Sent Vinsent və Qrenadin ada dövlətlərinə dağıdıcı təsir göstərib. Təbii fəlakət nəticəsində azı 6 nəfər həyatını itirib. Qasırğa Sent Vinsent və Qrenadin adalarına daxil olan 3 min əhalinin yaşadığı Yunion adasında demək olar ki, bütün tikililəri dağıdıb.

“Beril” qasırğası Saffir-Simpson qasırğa şkalasına əsasən 5-ci kateqoriyaya qalxaraq saatda 270 km sürətə kimi yüksəlib. Hazırda qasırğanın sürətinin bir qədər azaldığı deyilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur