"Real"ın yarımmüdafiəçisi Toni Kroos həftəsonu "Santyaqo Bernabeu"da son oyununu keçirdi. "Betis" ilə matç (0:0) onun bu arenadakı sonuncu matçı oldu. Buna səbəb Kroosun Avropa çempionatından sonra karyerasını başa vuracağını açıqlamasıdır. Həm azarkeşlər, həm də Madrid klubunun rəhbərliyi almaniyalı futbolçunu təntənəli şəkildə yola salıblar.
Publika.az xəbər verir ki, ancaq ötən gecə Toni yenidən "Bernabeu"ya təşrif buyurub. Bu dəfə səbəb futbol matçı deyildi. Kross Taylor Sviftin "Real"ın arenasında baş tutan konseritini izləmək üçün təşrif buyurmuşdu. Futbolçu tədbirdə əyləncəli vaxt keçirib.
Svift də almaniyalı əfsanənin konsertinə gəlişinə biganə qalmayıb. Mahnılardan birinin ifası zamanı monitorlarda “8” rəqəmi təsvir edilib. Bu, "Real"ın yarımmüdafiəçisi Toni Kroosun şərəfinə edilib.
Heybət