Türkiyəli tarixçi alim, yazıçı İlber Ortaylının səhhətində problem yaranıb.
QÜTB.AZ xəbər verir ki, Biləcik Bələdiyyəsi İ. Ortaylının xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Qan təzyiqində problem olduğu qeyd edilən tarixçinin vəziyyətinin yaxşı olduğu bildirilib.
Məlumata görə, İlber Ortaylının iştirak edəcəyi simpozium da bu səbəbdən təxirə salınıb.
Qeyd edək ki, İlber Ortaylı ötən aylarda katarakt əməliyyatı keçirib. O, qatıldığı bir çox proqramlarda göz yorğunluğu, baş ağrısı, işığa həssaslıq, yaxını və uzağı görə bilməmək kimi problemlərdən şikayətlənib.
Roza