Xarici İşlər Nazirliyi sabiq milli təhlükəsizlik naziri, keçmiş səfir Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib.
Publika.az xəbər verir ki, paylaşımda qeyd olunub:
“Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəfatı ilə əlaqədar, mərhum həmkarımıza Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”.
Xatırladaq ki, Namiq Abbasov 84 yaşında vəfat edib.