Kanadanın Toronto Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, evli kişilər subay kişilərə nisbətən daha sağlam yaşlanır.
QÜTB.AZ xəbər verir ki, 3 illik araşdırma çərçivəsində yaşı 60 və yuxarı olan 7600 Kanada vətəndaşının qocalma prosesləri izlənilib.
"Evli insanlar bir-birlərini siqareti buraxmaq və ya müntəzəm idman etmək kimi sağlam davranışları mənimsəməyə və ya davam etdirməyə təşviq edə bilərlər”,- deyə tədqiqatçılardan biri olan professor David Burnes bildirib.
Lakin tədqiqatçılar evliliyin qadınlara təsirinin eyni olmadığı qənaətinə gəliblər. Onlar subay qadınların digərlərinə nisbətən daha sağlam yaşlandığını ortaya çıxarıblar.
Araşdırma “International Social Work” jurnalında dərc olunub.
Roza