Johns Hopkins Universitetinin professoru və cərrah Marty Macari, ABŞ prezidenti Co Baydenin mütərəqqi yaşla bağlı demans əlamətləri olduğunu söyləyib.
Publika.az xəbər verir ki, o, “Fox News” telekanalına müsahibəsində dövlət başçısının səhhətinin vəziyyətini qiymətləndirib.
Mütəxəssis siyasətçinin idrak qabiliyyətinin pisləşməsinə diqqət çəkib. O, izah edib ki, hər bir insan vaxtaşırı sözləri qarışdırır və səhvlər edir, lakin Amerika liderində yaddaş itkisi və nitqin ləngiməsi prosesi prosesi sürətlə gedir.
Həkim vurğulayıb ki, amerikalıların Baydenin qarşıdan gələn prezident seçkilərində iştirakından narahat olmağa əsasları var.
O, dövlət başçısının vəziyyətinin sabitləşəcəyinə şübhə edib:
"Beş il əvvəllə müqayisədə bu gün onun fəaliyyət tərzində çox nəzərə çarpan fərq var. Və bu, həqiqətən də kədərlidir".
Hüseyn İbadlı