Rusiya vətəndaşlarının Prezident Vladimir Putinə etimadı daha 3 faiz artıb və 80%-ə çatıb.
Publika.az xəbər verir ki, bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 18-dən 24-dək keçirdiyi son sorğuların nəticələrində əksini tapıb.
Belə ki, sorğu iştirakçılarının 80%-i “Prezident Putinə güvənirsinizmi” sualına, 77,1%-i isə “Prezidentin işindən razısınızmı” sualına müsbət cavab verib. /axar.az