28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Öldürdü, sonra da parçaladı: Peruda şamandan dərs alan rus qadının faciəsi

12 avq 2024 15:00
DÜNYA
ads

Perunun Yurimaquas şəhərindəki "Dos Mundos" sağlamlıq mərkəzində rus qadını öldürən Ukrayna vətəndaşı saxlanılıb.

QÜTB.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bütün bunlar avqustun 8-də baş verib.

38 yaşlı ukraynalı İvan Kuzmin və 44 yaşlı rusiyalı Lyudmila Lazarenko eyni otaqda olublar. Mərkəz işçiləri qışqırıqları eşidib. Kişi qurbanı döyərək öldürüb, sonra cəsədi parçalayıb. Hadisə yerinə polislər gəlib. Həbs zamanı o, qışqırmağa başlayıb, işçilərdən birini dişləyib, bıçağı çıxarıb və intihar edəcəyini bildirib. O, zərərsizləşdirilərək şöbəyə aparılıb. Axtarış zamanı onun üzərindən narkotik çəkmək üçün boru aşkar edilib.

Qeyd olunur ki, Lyudmilanın həyat yoldaşı və iki övladı qalıb. O, qatilini əvvəllər tanıyırmış.

Yenə şaman, yenə qan...

Lyudmila Lazarenkonun Vladivostokdan olması məlumdur, lakin son illərdə o, davamlı olaraq əri və iki azyaşlı qızı ilə Taylandda yaşayırmış. Orada öz müalicə mərkəzini açıb.

Media qadının 9 il şamanın tələbəsi olduğunu və bir müddət əvvəl Rusiyada "Dos Mundos" Mərkəzinin yaradıcısı Pepe Ordonezlə tanış olduğunu və qatilini orada tapdığını qeyd edir.

Həmçinin bildirilir ki, Peruda Lyudmila yerli şamandan mənəvi təcrübə və ayinləri öyrənməklə məşğul olub.

Əməlin "qiyməti"

Prosesdə prokuror istintaq müddəti üçün İvan Kuzminə 9 ay həbs istəyib. Bu məsələ ilə bağlı dinləmələr keçiriləcək.

Qeyd olunur ki, avqustun 11-nə planlaşdırılan iclas şübhəlinin “özünü pis hiss etdiyi” üçün bir gün təxirə salınıb.

Adəm

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur