Hindistanda Korba şəhərinin (Çhattisqarh ştatı) polisi beş il əvvəl itkin düşən teleaparıcı Salma Sultana Laşkarın skeletini aşkarlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "Indian Express" məlumat yayıb.
Qeyd olunur ki, yerli kanallardan birinin teleaparıcısı 2018-ci ilin sonunda yoxa çıxıb, həmin vaxt onun 30 yaşı var idi.
Onun qalıqları magistral yolun kənarından tapılıb.
Hüquq-mühafizə orqanları Laşkarın 2018-ci ilin oktyabrında 37 yaşlı fitnes təlimçisi olan sevgilisinin qurbanı olduğunu ehtimal edir.
Milli.Az