Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixli buraxılış imtahanlarında 300 bal toplayan 20 şagirddən biri özəl orta məktəbdə təhsil alır. Bu, ERA tam orta ümumtəhsil məktəbinin şagirdi İlham Xəyyam oğlu Əsgərdir.
ERA tam orta məktəbinin bu uğuru qeyri-dövlət ümumi təhsil müəssisələrinə diqqəti artırıb. Maraqlıdır, hazırda ölkədə hansıözəl orta məktəblər fəaliyyət göstərir və onların nə qədər şagirdi var?
Qutb.az saytı bununla bağlı kiçik araşdırma aparıb.
Məlum olub ki, hazırda ölkədə fəaliyhyət göstərən qeyri-dövlət ümumi təhsil müəssisələrinin sayı 34-dür.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2023-2024-cü tədris ilidnə ölkədəki özəl orta məktəblərdə 23 484 nəfər şagird təhsil alıb. Onlardan 10 425-i qızlardır. Bu müəssisələrdə 36 28 müəllim çalışır.
Özəl orta məktəblərin siyahısını təqdim edirik:
- Kaspi liseyi
- Bakı İstanbul Liseyi
- Təlim firması nəzdində ümumi orta ümumtəhsil məktəbi (Erudit)
- Zirvə liseyi
- Bakı Beynəlxalq Təhsil Kompleksi
- Bakı Fransız Liseyi Təhsil Kompleksi
- Sumqayıt şəhəri Dünya məktəbi (Xəzər universitetinin nəzdində)
- Oxbridge Academy
- Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
- M.İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksi
- Xəzər Universiteti nəzdində Dünya məktəbi
- ERA tam orta ümumtəhsil məktəbi
- Odlar Yurdu universitetinin İnnovasiya məktəbi (British School)
- UNİSER MMC-nin nəzdində ümumi orta ümumtəhsil məktəbi
- Xabad Or Avner tədris kompleksi
- Azerbaijan British College Təhsil Kompleksi
- İdrak liseyinin Bakı filialı
- Baku Oxford School tam orta ümumtəhsil məktəbi MMC
- LANDAU School
- Qərb Universiteti tam orta məktəb
- “Avropa Azərbaycan Məktəbi” Təhsil Kompleksi” MMC
- Bakı Modern Təhsil Kompleksi
- Evrika liseyi
- SABİS SUN İnternational school
- XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi MMC
- İdrak liseyi
- Hədəf Liseyi
- Kaspi liseyinin Xətai filialı
- Baku Oxford Schoolun Şəmkir filialı
- Müasir İnnovasiyalar liseyi
- Nəsrəddin Tusi adına özəl ümumtəhsil məktəbi
- The İnternational School of Azerbaijan
A.Qorxmaz