28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu ölkə ABŞ-a xəbərdarlıq etdi

27 noy 2024 04:00
GÜNDƏM
ads
Advertisement

ABŞ Meksika mallarına rüsum tətbiq edərsə, cavab tədbirləri görüləcək.

QÜTB.AZ “Associated Press”ə istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.

“Bir tarif qarşılığında başqa bir tarifə səbəb olacaq və bu, ümumi şirkətlərimizi təhlükə altına alana qədər davam edəcək”, - Şeynbaum sərhədin hər iki tərəfində zavodları olan ABŞ-ın avtomobil istehsalçıları barədə danışarkən söyləyib.

Daha əvvəl yeni seçilmiş Prezident Donald Tramp ABŞ-a qanunsuz miqrant və narkotik axınını məhdudlaşdırmayacağı təqdirdə Meksikanın mallarına 25 faiz rüsum tətbiq edilə biləcəyini demişdi. Meksika Prezidenti isə öz növbəsində mübahisəli məsələlərlə bağlı danışıqlara hazır olduğunu bildirib, lakin qeyd edib ki, onun fikrincə, narkotiklər Meksikanın deyil, Amerikanın problemidir.

Bununla belə, o vurğulayıb ki, Meksika artıq ABŞ-a qanunsuz miqrantların və narkotiklərin axınını məhdudlaşdırmaq üzrə tədbirlər görüb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur