02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ərdoğandan sürpriz “10 Noyabr” qərarı: İclas Çankaya köşkündə keçiriləcək

08 noy 2024 16:00
DÜNYA
ads
Advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illər sonra 10 Noyabr Atatürkü Anma Günü və Atatürk Həftəsi ilə əlaqədar Nazirlər Kabinetinin iclasını prezident sarayında deyil, Çankaya köşkündə keçirəcək.

QÜTB.AZ xəbər verir ki, 10 noyabrdan Türkiyə daxilində tədbirlər və anma proqramları keçiriləcək.

Həmin gün Anıtkabir ziyarətinin ardından Çankaya köşkündə Atatürk Muzeyi açılacaq.

Ərdoğan daha sonra Atatürk Tarix Qurumunda anım mərasiminə qatılacaq və bu həftənin əhəmiyyətinə toxunmaq üçün Çankaya köşkünə gedəcək.

Qeyd edək ki, sosial kompleks istifadəyə verildikdən sonra baş nazirin ofisinə verilən Çankaya köşkü sonuncu dəfə 2015-ci ildə Nazirlər Kabinetinə ev sahibliyi edib.

Digər tərəfdən, Ərdoğan yeni kabinet üzvlərini sonuncu dəfə 5 iyun 2023-cü ildə Çankaya köşkündə açıqlayıb.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur