İtaliyada “Giorgio Armani” və “Christian Dior” kimi lüks brendlərin yerli atelyelərində araşdırmalar aparılır.
Publika.az xəbər verir ki, İtaliya prokurorlarının apardığı araşdırmaya görə, “Armani” və “Dior” üçün çanta və dəri məmulatları istehsal edən yerli atelyelərin məhsullarının qiymətləri ilə məşhur brendlərin mağazalarındakı pərakəndə satış qiymətləri arasında böyük fərqlər var. Həmçinin bu brendlərin yüksək keyfiyyətli məhsullar istehsal etmək üçün xarici işçi qüvvəsini istismar etdikləri aşkarlanıb.
Məlum olub ki, yerli atelyelərdə aşağı əmək haqqı ilə xarici işçi qüvvəsindən istifadə edilib.
Milan məhkəməsi “Armani” və “Manufacturs Dior SRL” şirkətlərinə qarşı məhkəmə tədbirləri görüb. Araşdırmalardan sonra dünyaca məşhur brendlərin İtaliyadakı istehsal əməliyyatlarına müvəkkil təyin olunub.