24.04.25 | Bakı 16.03° C |
10:06:25
Lent :

Ciddi bir problem müşahidə olunmayıb - Ərdoğan

24 apr 2025 05:00
DÜNYA
ads

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) İstanbulda yaradılan Böhranın İdarəedilməsi Mərkəzinə gəlib.

 

Qutb.az xəbər verir ki, burada rəsmilərdən baş verən zəlzələ ilə bağlı məlumat alan ölkə başçısı mətbuata açıqlama verib.

 

Şəhərdə zəlzələdən sonrakı vəziyyət haqqında danışan Prezident Ərdoğan deyib: “Toplantıda zəlzələnin təsirlərini minimuma endirmək üçün atılan və atılacaq addımları dəyərləndirdik. Qarşıdakı dövr üçün lazım olan göstərişləri verdik. Vətəndaşlarımız arxayın olsunlar. Dövlət olaraq bütün qurumlarımızla 7/24 hazırlıq vəziyyətində olmağa və millətimiz üçün çalışmağa davam edəcəyik. Günorta saatlarından bu yana aparılan tədqiqat işləri nəticəsində zəlzələnin hiss olunduğu şəhərlərdə ciddi bir problem müşahidə olunmayıb”.

 

Qeyd edək ki, İstanbul Valiliyinin qərarına əsasən, şəhərin bütün məktəblərinin həyətləri, idman zalları və məscidləri zəlzələ qorxusu səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. Türkiyənin Qızıl Aypara Cəmiyyəti və AFAD vətəndaşların əsas ehtiyaclarını qarşılamaq üçün bütün imkanlarını səfərbər edib.

 

İstanbulda məktəblər və universitetlərdə təhsilə 2 gün fasilə verilib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
16.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur