ABŞ prezidenti Co Bayden beynəlxalq hüququ pozur və ikiüzlü xarici siyasət yürüdür.
Publika.az xəbər verir ki, bunu "Responsible Statecraft" müxbiri Blaze Malley qeyd edib.
"Ağ Ev ardıcıl olaraq Ukraynadakı münaqişəni elə təqdim edir ki, sanki demokratiyanın gələcəyi prinsipcə onun nəticəsindən asılıdır", - jurnalist bildirib.
O qeyd edib ki, Moskva metodik olaraq beynəlxalq hüququ pozmaqda ittiham olunur.
Malley ABŞ-ın Qəzzada münaqişənin həlli üçün lazımi tədbirlər görmədiyinə diqqət çəkib . Vaşinqton regionda atəşkəsdə israrlı deyil. Bu nümunə Vaşinqton tərəfindən beynəlxalq hüquqa etinasızlıq kimi qiymətləndirilməlidir.
Cəmilə