28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

"Qarabağ"ın bu futbolçusuna qarşı oynamaq çətindir

08 mar 2024 07:00
İDMAN
ads
Advertisement

"Bayer"in müdafiəçisi və kapitanı Conatan Tah Avropa Liqasının 1/8 final mərhələsində Bakıda "Qarabağ"la heç-heçə etdikləri matçdan (2:2) sonra jurnalistlərə açıqlama verib.

Publika.az xəbər verir ki, müdafiəçi əvvəlcə oyunla bağlı təəssüratlarını bölüşüb: “Çətin oyun oldu. "Qarabağ"ın yaxşı oyunçuları var. Birinci hissədə bizim bəzi problemlərimiz var idi və çox da yaxşı oyun göstərmədik. İkinci yarıya ürəklə və inamlı düşüncə tərzi ilə qayıtdıq. Bacardığımızı etməyə çalışdıq. Şadam ki, hesabı bərabərləşdirə bildik”.

O, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən oyunları yada salıb: “Əlbəttə ki, bu oyun daha çətin idi. Qrup mərhələsi fərqlidir, çünki məğlubiyyətdən də sonra irəliləmək olur. Lakin indi biri qalır, biri çıxır. Ya irəliyə gedəcəksən, ya turniri tərk edəcəksən. Hamı isə turnirdə qalmaq istəyir. Ona görə bu oyunlar daha da çətin olur. Oyunçular daha da istəkli və aqressiv oynayırlar”.

28 yaşlı müdafiəçi gələn həftə keçiriləcək cavab oyunu haqda belə deyib: “Biz evdə oynayacağıq, ona görə də özümüzü inamlı hiss edirik. Növbəti mərhələyə keçmək istəyirik”.

O, Juninyoya qarşı oynayaraq çətinlik çəkdiyini qeyd edib: “Çox yaxşı oyunçuları var. Mən müdafiəçi olduğuma görə oyun boyu Juninyoya qarşı oynayıram. Ona qarşı oynamaq isə çətindir. Zubir və Yankoviç də çox yaxşı oyunçulardır. Özünə inamlı və keyfiyyətli oyunçuları var. Aqressiv oyun nümayiş etdirə bilirlər”.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur