Seçici fəallığının saat 10:00-a olan nəticələri məlum oldu
Çanakkaledə ZƏLZƏLƏ OLDU
Türkiyənin Çanakkale vilayətində yenidən zəlzələ qeydə alınıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Ayvacık rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.