02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Pentaqon rəhbəri hücum əmrini haradan verib?

12 yan 2024 05:00
GÜNDƏM
ads

Pentaqon rəhbəri Lloyd Ostin Yəməndəki hücuma rəhbərlik edərək, xəstəxanadan "Husilərin" hədəflərinə zərbələr endirməsinə nəzarət edib.

Publika.az xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadəl məlumat yayıb .

Onun sözlərinə görə, Ostin ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) zərbələri endirməyi əmr edib. O, həmçinin təhlükəsiz rabitə vasitələrinin tam dəstindən istifadə edərək real vaxt rejimində prosesi izləyib.

Bundan əlavə, qeyd olunur ki, çərşənbə axşamından cümə axşamına kimi Ostin ABŞ prezidenti Co Baydenlə iki dəfə danışıb .

Daha əvvəl Pentaqonun sözçüsü Patrik Rayder ABŞ və Britaniyanın zərbələrinin məqsədinin "Husilər"in hücumlar həyata keçirmə qabiliyyətini sarsıtmaq olduğunu açıqlamışdı.

Xatırladaq ki, Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəmənə koordinasiyalı hücuma başlayıb. Ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Zərbələrdə döyüş təyyarələri, gəmilər və sualtı qayıqlardan atılan "Tomahawk" qanadlı raketlərindən istifadə edilib. Atışmaların başlamasından bir saat sonra ABŞ "Husilər"in mövqelərinə endirilən zərbələrin məqsədlərinə çatdığını və hücumun başa bitdiyini açıqlayıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur