Malayziyada BRİKS tərəfdaşı olmaq üçün razılıq əldə edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin Moskvadakı səfiri Çeonq Lun Lai TASS-a məlumat verib.
Diplomatın sözlərinə görə, ölkə hakimiyyəti noyabrın ortalarında rəsmi dəvət alıb.
“Biz BRİKS-in sədri olan Rusiyaya cavab verdik ki, biz bu assosiasiyanın bir hissəsi olmağa razıyıq”, - deyə Çeonq Lun Lai bildirib.
Oktyabrda Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, 15 dövlət BRİKS-in tərəfdaş ölkəsi hesab olunur. Onun sözlərinə görə, bu ölkələr müxtəlif yollarla, məsələn, regional və beynəlxalq məsələlərə təsir etməkdə tərəfdaş ola bilərlər.
Uşakov qeyd edib ki, birdən-birə bu qədər çox ölkəni qəbul etmək məntiqsiz olardı, çünki bu halda təşkilat disfunksiyalı və “tamamilə amorf struktur” olacaq.
Sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 30-dan çox dövlət BRİKS ilə əməkdaşlığa maraq göstərir, bəziləri assosiasiyaya qoşulmaq arzusundadır.
Hüseyn İbadlı