29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Superkubok oyununun ləğvini Ərdoğan tələb edib?

02 yan 2024 17:00
İDMAN
ads
Advertisement

Türkiyə Futbol Federasiyası (TTF) ötən il dekabrın 29-da baş tutmalı olan “Qalatasaray” – “Fənərbaxça” arasında Superkubok oyununun ləğv edilməsinə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsir göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Qütb.az xəbər verir ki, TFF rəsmi saytında məsələ ilə bağlı izahat yayıb.

“Superkubok oyununun Ər-Riyadda keçirilməsi təklifi iki klub tərəfindən bəyənilib və imzalanıb. Öz növbəsində, prezidentimizin oyunun ləğvi prosesində hər hansı formada iştirak etməsi ilə bağlı bütün iddialar əsassızdır”, - deyə TTF-nin bəyanatda bildirilir.

Xatırladaq ki, klublar matçdan əvvəl Türkiyə himninin səsləndirilməsini, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretinin asılmasını istəyirdilər. Bundan əlavə, Türkiyə Cümhuriyyətinin ildönümü üçün komandalar Atatürkün təsviri olan köynəklər geyinəcəkdilər. Bu tələblər Səudiyyə rəsmiləri tərəfindən tamamilə rədd edilib. Bu vəziyyəti nəzərə alaraq "Qalatasaray" və "Fənərbaxça" meydana çıxmayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur