01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Koçaryanın oğlu da qandallanıb Bakıya gətirilə bilər

11 yan 2024 09:00
GÜNDƏM
ads

Ermənistan parlamentinin deputatı, keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan Azərbaycan və Türkiyəni təhqir edib.

Publika.az xəbər verir ki, Levon Koçaryan Ermənistanın Azərbaycanla sülh danışıqlarının əleyhinə çıxıb.

“Əgər siz Azərbaycan və Türkiyənin Ermənistanla sülh yaratmaq istədiyini düşünürsünüzsə, yanılırsınız. Əgər Azərbaycan prezidentinin müsahibəsindən sonra hələ də belə düşünürsünüzsə, deməli reallıqdan uzaqlaşmısınız. Nə vaxt başa düşəcəyik ki, başın heyvanın ağzında olanda onunla danışıq aparmaq olmaz?”, - o deyib.

Levon Koçaryanın bu açıqlaması Nikol Paşinyan hakimiyyətini ittiham etməyə hesablanıb. Hərçənd, o, atası Robert Koçaryan kimi Azərbaycan və Türkiyəni də aşağılamaqdan çəkinmir. Xocalı qatili olan Robert Koçaryanın müharibə cinayətkarı kimi həbs edilərək, Bakıya gətirilməsi məsələsi daim aktualdır. Vaxtilə əlçatmaz görünən bu hədəf Qarabağda separatçıların qandallanaraq, Bakıya gətirilməsindən sonra heç olmadığı qədər realdır. O da realdır ki, Bakı və Ankaranın “qara siyahısına” düşən Levon Koçaryan da atasının taleyi ilə üzləşə bilər.

Asif


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur