Bu yaxınlarda Bakıda konsert verən amerikalı müğənni Castin Timberleykdə xəstəlik aşkarlanıb.
Qutb.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
İfaçı Laym xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.
“Forget Tomorrow” dünya turnesinin başa çatdıran Timberleyk səhhətində problemlər olduğunu və Laym xəstəliyi diaqnozu qoyulduğunu vurğulayıb. Müğənni bu açıqlamanı ona təəssüflənmək üçün vermədiyini bildirib. Qeyd edib ki, pərdə arxasında nə ilə üzləşdiyini açıqlamaq istəyr.
O əlavə edib ki, qastrol zamanı səhnəyə çıxanda şiddətli nevralgiya, yorğunluq və ürəkbulanma keçirib. Timberleyk xəstəliyinə baxmayaraq ifasını davam etdirmək qərarına gəldiyini vurğulayıb.