Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor amerikalı bloger Loqan Pol ilə boks qaydalarına uyğun döyüşəcək.
QÜTB.AZ xəbər verir ki, bu barədə jurnalist Qlenn Emmett sosial şəbəkələrdə məlumat verib.
Mənbənin sözlərinə görə, hər iki döyüşçü bu görüşə görə 250 milyon dollar alacaq. tədbir Mumbaydakı (Hindistan) “Wankhede” arenasında baş tutacaq.
Qeyd edək ki, Makqreqor özü də jurnalistin tvitinə yazısının altına ürək emojisi qoyaraq cavab verib.
Makqreqor son döyüşünü 2021-ci ildə keçirib. Sonra o, ayağından aldığı zədə səbəbindən amerikalı Dastin Puareyə texniki nokautla məğlub olub.