04.07.25 | Bakı 22.03° C |
10:06:25
Lent :

Ermənistanda fərarilik artıb - Qaydalar sərtləşdirilir

15 may 2025 12:00
GÜNDƏM
ads
Advertisement

Mayın 15-də keçirilən hökumətin iclasında Ermənistan Respublikasında hərbi təlimlərdən yayınmaya görə məsuliyyətin müəyyən edilməsi barədə qərar qəbul edilib.

Qutb.az xəbər verir ki, təşəbbüsü Ermənistan Müdafiə Nazirliyi təqdim edib. Qanun layihəsi yaxın vaxtlarda parlamentin gündəliyinə daxil ediləcək və ona müvafiq düzəlişlər olunacaq.

Layihənin əsaslandırmasında bildirilir ki, praktikada vətəndaşların müxtəlif yollarla hərbi səfərbərlik təlimlərində iştirakdan yayınmağa cəhd göstərdiyi çoxsaylı hallar artıq qeydə alınıb.

Bu cür təcrübələrə qəsdən özünə zərər vermə, saxta xəstəlik, sənədlərin saxtalaşdırılması və digər aldatma formaları daxildir.

Müdafiə Nazirliyi hesab edir ki, bu cür davranışın qarşısını almaq üçün qanunla ciddi sanksiyalar müəyyən edilməlidir. Təklif olunan dəyişikliyə əsasən, ciddi səbəb olmadan hərbi təlimlərdən yayınma əmək haqqının 20 mislinə qədər miqdarda inzibati cərimə və ya 2 aydan 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
22.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur